Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “20-25 il əvvəl Bakıda olmuşam” – Höccətülislam

“20-25 il əvvəl Bakıda olmuşam” – Höccətülislam

İran dini rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imamcüməsi höccətülislam seyid Məhəmmədəli Al- Haşim ilə azərbaycanlı jurnalist heyəti arasında görüş keçirilib.

AzVision.az-ın Təbrizə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, İmamcümə media nümayındələrini salamlayaraq müqəddəs Qurban bayramı günlərində görüşməkdən məmnun qaldığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da belə olacaq.

“Düşmənlərimiz həmişə istəyib ki, araya girsinlər, amma buna nail olmayıblar” deyən imamcümənin sözlərinə görə, bəzi ölkələrin müsəlman Azərbaycanı ilə İran arasında düşmənçilik toxumu səpməsindən narahatlıq ifadə edib. İmamcümə onu da deyib ki, islam hümməti arasında təxribat toxumu səpənlərə qarşı jurnalistlər də ciddi mübarizə aparmalıdır.

“25-26 il əvvəl Bakıda olmuşdum. Səfirimiz məni yenə dəvət edib. Bakıda olarkən ətraf kəndlərə də, o cümlədən Nardaranda getmişdim. Çox xoşuma gəldi kəndləriniz” deyən Təbrizin imamcüməsi ümummilli lideri də xatırladıb:

“Vaxtilə Heydər Əliyev bu evə gələrək Təbrizin məndən öncəki imamcüməsi ilə görüşüb. Hər ikisi rəhmətə gedib – Allah rəhmət eləsin onlara, – o, gedəndən sonra höccəülislam deyib ki, mən böyük din adamı gördüm”.

Höccətilislam prezident İlham Əliyevi də təqdir etməyi unutmayıb. Bildirib ki, İrana səfəri zamanı Ali Dini rəhbərlə görüşən Azərbaycanın dövlət başçısı çox xoş təəssüratlar yaradıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın