Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / 2 nazirlik ləğv edilir, yeni qurum yaradılır – Gözlənilməz struktur dəyişikliyi

2 nazirlik ləğv edilir, yeni qurum yaradılır – Gözlənilməz struktur dəyişikliyi

Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, ləğv ediləcək nazirliklərin bazasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq”.
Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, qərarlar ilin sonuna qədəe elan ediləcək.

 

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın