Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / 175 saylı avtobusdan sərnişinlər niyə düşürülüb? – Açıqlama

175 saylı avtobusdan sərnişinlər niyə düşürülüb? – Açıqlama

Bakı Nəqliyyat Agentliyi 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusdan sərnişinlərin düşürülməsinə dair yayıılan məlumata münasibət bildirib.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, məsələ BNA tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb.

“Müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Lakin həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər. Sürücü öz növbəsində bu barədə “BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər üçün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb”.

Agentlikdən həmçinin bildirilib ki, məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur: “Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …