Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Sosial / Ərdoğan Bakıya yox, Gəncəyə gələcək

Ərdoğan Bakıya yox, Gəncəyə gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.

Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …

Bir cavab yazın