Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Sosial / “Ərazilərimizi azad etmək hüququmuz qalır” – Novruz Məmmədov

“Ərazilərimizi azad etmək hüququmuz qalır” – Novruz Məmmədov

“Ermənilərin qondarma rejimin adını və “konstitusiya”sını dəyişmək cəhdi suda boğulanın saman çöpündən yapışması kimidir”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

O bildirib ki, Ermənistan indiki ərazisi tarixi Azərbaycan torpaqları olub: “Bu, uzaq tarix deyil. Vaxtilə İrəvanda əhalinin 60 faizindən çoxu azərbaycanlı idi. Yer adlarının da hamısı Azərbaycan adları olub. O adların hamısını dəyişiblər. Amma adı dəyişməklə tarixi dəyişmək mümkün deyil. Gec və ya tez ədalət öz yerini tutacaq. Dünya bunu “Arsax” kimi qəbul edib, problemi belə yazmayacaq. Ermənilər özlərini ağıllı və hər şeyi bilən, başqa xalqlarla yola gedən kimi təqdim etsələr də, normal bir dövlət qurub, öz dövlətlərinin daxili və xarici siyasətlini müstəqil yürüdə bilmirlər. Kiminsə qolunun altında, qucağında olurlar. Ermənilər bütün dövlətlərdə yaltaqlıqla, ikiüzlülüklə mövqe qazanıblar. Buradakıları da qızışdırırlar ki, möhkəm olun, vətənpərvər olun”.

Ermənistan tərəfinin Azərbaycanın keçirdiyi hərbi təlimlərin danışıqlar prosesinin ruhuna zidd olması ilə bağlı mövqeyinə toxunan N. Məmmədovun sözlərinə görə, danışıqlar prosesi var deyə başqa işlər dondurulmalı deyil: “Mən öz ərazimdə öz ordumun təlimlərini keçirirəmsə, bu, niyə problem olmalıdır? Ermənistan Azərbaycanın işğal altındakı ərazisində 45 minlik ordu ilə təlim keçirir, əsl provokasiya budur. Onların iddiaları boş sözlərdir. Biz öz ordumuzu gücləndirməliyik. Ərazilərimizi azad etmək hüququmuz qalır. Bu hüquq BMT sənədlərində də göstərilir”.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın