Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Trampın qələbəsi Bakıda təmirsiz qalmış “Trump Tower”in taleyini də dəyişəcəkmi? – FOTOLAR

Trampın qələbəsi Bakıda təmirsiz qalmış “Trump Tower”in taleyini də dəyişəcəkmi? – FOTOLAR

Respublikaçılar partiyasının namizədi, milyarder Donald Trampın Hillari Klinton üzərində qələbə çalmaından sonra dünyada Trampın adı ilə bağlı olan hər şey, xüsusən də dünyanın hər yerində onun sahibi olduğu “Trump Tower” brendi altında  tikilən binalar gündəmə gəldi. 
Hələ Tramp bir namizəd kimi parlamağa başlayanda məlum olmuşdu ki, “Trump Tower” binalarından biri də Bakının mərkəzində ucalır və möhtəşəmliyinə görə heç də digər binalardan geridə qalmır. Lakin tikintisi başa çatan bina hələ də təmir olunub istifadəyə verilməyib.
Əməkdaşımız paytaxtın əsas prospektlərinin, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində yerləşən, hazırki ABŞ prezidentinin adını daşıyan “Trump Tower”də olub və binanın tikintisi ilə bağlı maraqlı məqamları öyrənib.
Qeyd edək ki, Azərbaycanda Donald Trampın şəxsi mülkiyyəti sayılan “Trump Tower” beynəlxalq ticarət markasının adını daşıyan, yeni ABŞ prezidentinin verdiyi lisenziya əsasında tikilmiş yeganə bina məhz Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun şirkətinə aiddir.
Bakının ən hündür binalardan sayılan “Trump Tower”in  diqqət çəkən məkanda yerləşməsi tikilini daha da məşhurlaşdırır. Bu bina haqqında qısa arayış verək: “Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən bina Heydər Əliyev Mərkəzinin 350 metrliyindədir. 33 mərtəbədən ibarət binanın hündürlüyü 130 metrdir. Bina möhtəşəmliyinə görə Alov qüllələri ilə yarışır. Fasadı şüşə konstruksiyadan ibarət olan binanın xüsusi işıqlandırma sistemi gecələr də diqqət çəkir.
Xatırladaq ki, “Trump Tower” otelinin tikintisinə 2008-ci ildə start verilib. 2009-cu ildə binanın təməli tam hazır olub və 2011-ci ilin sonunadək binanın beton karkası başa çatıb. Bu oteldə 72 lüks mənzil, 189 otel otağı olacaq. Bundan əlavə, kompleksdə qapalı hovuz, fitness mərkəzi, biznes mərkəzi və lüks restoran da olacaq, SPA kompleksi yerləşəcək. Birinci mərtəbədə konfrans zalı, yemək otağı və bar, 500 kvadratmetrlik qəbul otağı da olacaq.
“Trump Tower” binasında hazırda təmir-tikinti işlərinin nə durumda olmasını öyrənmək üçün binaya yaxınlaşıb içəri daxil olmağa çalışdıq. Mühafizəçilər içəri daxil olmağa icazə vermədilər.
Binanın həyətinə yaxınlaşıb, şəkil çəkən zaman dərhal mühafizəçilər tərəfindən kənarlaşdırıldıq. Bildirdilər  ki, burada çəkiliş etmək qadağandır. “Amerika prezidentinin də evini çəkmək olar?” – deyib, bizi ərazidən uzaqlaşdırdılar.
Ancaq orada çalışan bəzi şəxslərdən öyrəndik ki, bina bayırdan hazırmış kimi  görünsə də, içəridə hələ görüləsi işlr çoxdur. Yəni, əksər mərtəbələrdə təmir işləri aparılmayıb. Hazırda təmir işləri tamamilə dayanıb, yalnız binanın mühafizəsi təşkil olunur.
Binanın içərisində tikinti materialları saxlanılır. Söhbət zamanı bəlli odu ki, “Trump Tower”in tikintinsinin dayanması maliyyə çatışmazlığı ilə bağlıdır.  2008- ci ildə tikintisi  başlayan layihə hələ də başa çatdırılmayıb. Həmsöhbətim dedi ki, binanın tikintisində və təmirində ümumulikdə 4 min işçi işləyirdi: “Tikinti üçün yerli və xarici mütəxəssislər dəvət olunmuşdu. Çalışanların çoxu isə azərbaycanlılar idi.  Binanın təmirində “Yağnur”, “DT” və digər xarici şirkətlər işləyirdi. Bildiyim qədər xarici mütəxəssislər pullarını alsalar da, azərbaycanlı fəhlələrin bir çoxuna əmək haqları verilmədi. Yüzlərlə işçi pulsuz qaldı”.
 Güman olunur ki, artıq Tramp ABŞ prezidenti seçildikdən sonra  Azərbaycandakı bu binanın da tikintisinə yaşıl işıq yanacaq.
Xatırladaq ki, 2 il öncə Donald Trampın qızı İvanka Tramp bu binaya baxmağa gəlmişdi.









Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın