Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Zakir Qaralov Xızıda vətəndaş qəbulu keçirəcək

Zakir Qaralov Xızıda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Zakir Qaralovun Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşlar üçün qəbulu keçiriləcək.

Azinforum.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Baş prokuroru Z.Qaralov yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın