Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bakı yollarında maksimal hərəkət sürəti aşağı salındı

Bakı yollarında maksimal hərəkət sürəti aşağı salındı

Bakı şəhərində müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Virtualaz.org saytına verilən məlumata görə, bu dəqiqələrdə sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.

Belə ki, “Koroğlu” metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq “Nargilə” kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb – 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir”, – deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın