Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş “Azərbaycan- Qarabağ” dedi – VİDEO, FOTOLAR

Təbrizdən Azərbaycana daha bir dəstək-onminlərlə azarkeş “Azərbaycan- Qarabağ” dedi – VİDEO, FOTOLAR

Fevralın 15-də Təbrizin “Traktor” klubu ilə Tehranın “İstiqlal” komandası üz-üzə gəlib. 

Gərgin keçən oyun təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Traktor-İstiqlal” oyunundan sonra təbrizli azarkeşlər stadiondan çıxarkın şüarlar səsləndiriblər.
Onminlərlə azarkeş bir ağızdan “Azərbaycan var olsun, istəməyən kor olsun”, şüarı ilə yürüş ediblər. 
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Oyunu izləyənlər arasında jurnalist Kamal Almuradlı da olub. O, həmin anları görüntüyə alaraq, özünün feysbuk səhifəsində paylaşıb.

K. Almuradlı musavat.com-a bildirib ki, onminlərlə insan oyundan sonra Azərbaycana dəstək nümayiş etdirib: “Möhtəşəm mənzərə idi. 100 minə yaxın insan Azərbaycana dəstək şüarları səsləndirdilər”.

Musavat.com həmin görüntüləri təqdim edir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …