Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Fazil Mustafa Fikrət Qocaya: “Yaşlı insandır deyə, mübahisəyə girmək istəmirəm…”

Fazil Mustafa Fikrət Qocaya: “Yaşlı insandır deyə, mübahisəyə girmək istəmirəm…”

Xalq şairi hörmətli Fikrət Qocanın açıqlamasını oxudum. Yaşlı insandır deyə, mübahisəyə girmək istəmirəm. Sadəcə dəqiqləşdirmə aparmaq niyyəti ilə bu statusu yazıram.. Qeyd etmişdim ki, yazarlardan kimsə prezidentlə görüşdə ən mühüm məsələ barədə danışmadı. Bu məsələni Milli Məclisdə bir neçə dəfə qaldırmışdım,sonuncu dəfə də bir ay öncə çıxış etdim ki, kitabların, mətbəə avadanlıqlarının üzərindən əlavə dəyər vergisi Gürcüstanda, Türkiyədə olduğu kimi tamamilə götürülsün. Bizdə bu rəqəm 18 faizdir, mütailəsi zəif olan, yazarları minimum yaşam şərtlərində olan bir ölkədə kitab oxuyan toplum barədə düşünürüksə bu addımın atılması olduqca vacibdir. 

Hörmətli Fikrət Qoca bizim bu açqlamanın yanlış olduğunu göstərərək hörmətli xalq yazıçımız Anar müəllim tərəfindən məhz kitablar üzərindən ƏDV-nin qaldırılması məsələsi prezidentdən xahiş olunduğunu mətbuata açıqlayıb. Mən “Azərbaycan” qəzetindən hörmətli yazıçımız Anar müəllimin çıxışını bir daha diqqətlə oxudum, lakin orada bu fikirin səsləndirilməsinə rast gəlmədim. Ola bilsin ki, qəzetdə qısadılmış variant verilb, ancaq düşünürəm ki, hər halda bir cümləlk də olsa belə bir fakt olsaydı qeyd edilərdi. 
İndi hörmətli Fikrət Qoca bu çıxışda həmin məsələyə toxunulmasını haradan oxuduğunu və ya eşitdiyini mətbuata açıqlamış olsaydı, bizlər də bilgilənmiş olardıq və buna görə hörmətli Anar müəllimə minnətdarlığımızı bildirərdik. Əgər söyləməmişsə, o zaman tanınmış bir şair tərəfindən bizim sözümüzün mötəbərliyini şübhə altına almaq nə dərəcədə doğru addım sayıla bilər?
Fazil Mustafa, Millət vəkili

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …