Ana səhifə / Siyasət / Neft 2 ayın ən aşağı qiymətinə düşdü

Neft 2 ayın ən aşağı qiymətinə düşdü

ABŞ-da neftbazalarda ehtiyatların yeddinci həftədə də artması neft qiymətlərinin kəskin düşməsinə səbəb olur.
Neft qiymətləri 2 aydan çox uzun bir müddətin ən aşağı səviyyəsinə enib.
ABŞ-ın Enerji İnformasiya İdarəsinə görə, bazalarda neft ehtiyatları (rezervləri) ötən həftə 4.22 milyon barel artıb. Analitiklər 1.3 milyon barel artım gözləyirdi.
Məlumatın açıqlanmasından sonra, Qərbi Texas tipli neftin barrelinin qiyməti 2.5% ucuzlaşaraq 41.88 dollara enib. Müddətli müqavilə 41.63 dollara enərək 27 Austostan bu yana ən aşağı səviyyə gördü.
Brent tipli neft isə 3.8% düşüb və 44 dollara enib.
Neft qiymətləri ötən ilin iyul ayından bəri OPEC-in istehsala davam etməsi və təklif çoxluğunun davam edəcəyi gözləntisilə 60% ucuzlaşıb.
Xatırladaq ki, bu ilin 24 Avqust tarixində ABŞ xam nefti 38,24 dollara, Brent nefti isə 41,54 dollara düşmüşdü. /”Marja”

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın