Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov Qaxa gedir

Kəmaləddin Heydərov Qaxa gedir

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 iyul 2015-ci il tarixində Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Azinforum.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlavə məlumat üçün +994 (12) 512-01-14 saylı telefon və ya [email protected] elektron ünvana müraciət etmək olar.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın