Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Hacı Məmmədov MTN-in təcridxanasından çıxarılmağını istəmir” – AÇIQLAMA

“Hacı Məmmədov MTN-in təcridxanasından çıxarılmağını istəmir” – AÇIQLAMA

“MTN İstintaq Təcridxanasında bir nəfər ömürlük cəza çəkən məhkum var, o da Hacı Məmmədovdur”. Bunu Modern.az saytına İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyib.

Hüquq müdafiəçisi bildirib ki, ömürlük cəzaya məhkum olunmuşlar əsasən Qobustan qapalı həbsxanasında saxlanılır: “MTN-də saxlanılanların əksəriyyəti istintaq altında olan şəxslərdir. Məhkəmələri yekunlaşdıqan sonra ayrı-ayrı cəzaçəkmə müəsissələrinə köçürülür.

MTN-in İstintaq Təcridxanasında saxlanılmasını Hacı Məmmədov özü istəyib. O, ərizə ilə MTN-nin rəhbərliyinə müraciət edib, orada qalmaq istədiyini bildirib. Özü bunu belə əsaslandırır ki, əgər Qobustan qapalı həbsxanasına köçürülərsə, ola bilsin kimlərinsə əli ora çatar, həyatı təhlükə ilə üzləşər. Hacı Məmmədovu bu müraciətinə görə, orada saxlayırlar. Qanunla ömürlük məhkuma nə tətbiq olunursa, Hacı Məmmədov da ondan yararlana bilir”.

Elçin Behbudov tək Hacı Məmmədovla yox, ümumilikdə MTN-də saxlanılan bütün məhbuslarla mütəmadi görüşüb, səhhətləri ilə maraqlandığını deyir: “İstintaq təcridxanasının rəhbəri ilə danışıqlar aparıram, onlara nəzarət edən həkimlə əlaqə saxlayırıq. Onların həyatı üçün heç bir təhlükə yoxdur”.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın