Bu gün Böyük Millət Partiyasının sədri Samir Adıgözəllinin 40 yaşı tamam olur. Həyatının ən müdrik bir dönəminə qədəm qoyan Samir Adıgözəlli barəsində çox xoş sözlər demək olar. O, gənc yaşlarından siyasi həyata atılıb və Azərbaycanda ən gənc partiya sədri olub. Samir Adıgözəlli jurnalistika ilə də məşğul olub. Bir vaxtlar barəsində Azərbaycanda nadir hallarda rast gəlinən bir hökm çıxarılıb. Müəllifi olduğu yazıda təhqir elementlərini “görən” məhkəmə onun barəsində ittiham hökmü çıxarıb. Ancaq bu cür ciddi fakt da Samir Adıgözəlliyə özünü siyasi və ya vicdan məhbusu elan etməsinə əsas vermədi.
Cünki Vətənini canından artıq sevən bu adam hansısa məmur və ya məhkəmə hakiminin sifarişli qərarına görə, Azərbaycanın dövlət imicinə zərbə vurmaq istəmədi. Onun buna qədər olan mənalı ömrü Azərbaycan dövlətçiliyinin qorunması, milli maraqlarımızın müdafiəsinə həsr edilib. Samir Adıgözəlli eyni zamanda Azərbaycan diasporunun fəaliyyətində də yaxından iştirak edir. O, Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəridir. Samir Adıgözəlli ictimai-siyasi fəaliyyətindəki fəallığı ilə yanaşı, həm də gözəl ailə başçısıdır. Onun iki gül balası var. Biz Azinforum.az saytı adından dəyərli Samir bəyi 40 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm iradə, can sağlığı və ailə səadəti arzulayırıq! Ad günün mübarək olsun!!!
AZİNFORUM.AZ