Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / PARTİYA SƏDRİ 40 YAŞINI TAMAMLADI – TƏBRİK

PARTİYA SƏDRİ 40 YAŞINI TAMAMLADI – TƏBRİK

Bu gün  Böyük Millət Partiyasının sədri Samir Adıgözəllinin 40 yaşı tamam olur.  Həyatının ən müdrik bir dönəminə qədəm qoyan Samir Adıgözəlli barəsində çox xoş sözlər demək olar. O,  gənc yaşlarından siyasi həyata atılıb və  Azərbaycanda ən gənc partiya sədri olub. Samir Adıgözəlli jurnalistika ilə də məşğul olub.  Bir vaxtlar barəsində  Azərbaycanda nadir hallarda rast gəlinən bir hökm çıxarılıb. Müəllifi olduğu  yazıda təhqir elementlərini “görən” məhkəmə onun barəsində ittiham hökmü çıxarıb. Ancaq bu cür ciddi fakt da Samir Adıgözəlliyə özünü siyasi və ya vicdan məhbusu elan etməsinə  əsas vermədi.

Cünki Vətənini canından artıq sevən bu adam hansısa məmur və ya məhkəmə hakiminin sifarişli qərarına görə, Azərbaycanın dövlət imicinə zərbə vurmaq istəmədi.  Onun buna qədər olan  mənalı ömrü Azərbaycan dövlətçiliyinin qorunması, milli maraqlarımızın müdafiəsinə həsr edilib. Samir Adıgözəlli eyni zamanda  Azərbaycan diasporunun fəaliyyətində də yaxından iştirak edir. O, Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəridir.  Samir Adıgözəlli ictimai-siyasi fəaliyyətindəki  fəallığı ilə yanaşı, həm də gözəl ailə başçısıdır. Onun iki gül balası var. Biz Azinforum.az saytı adından dəyərli Samir bəyi  40 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm iradə, can sağlığı və ailə səadəti arzulayırıq! Ad günün mübarək olsun!!!

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakıda taksilərin qiyməti bahalaşdı – VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər …

Bir cavab yazın