Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zelenski Bakıdan foto paylaşdı

Zelenski Bakıdan foto paylaşdı

Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Bakıdan paylaşım edib.

Virtualaz.org bildirir ki, Zelenski şəxsi İnstaqram hesabında “Bakı Ekspo Mərkəzi”nin qarşısından foto paylaşıb. O, “Bakı! Rəsmi ziyarət. Qeyri-rəsmi foto” şərhini yazıb.

Qeyd edək ki, ötən gün Azərbaycan paytaxtına xanımı Yelena Zelenskaya ilə təşrif buyuran Ukrayna dövlət başçısının səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri planlaşdırılıb.

Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …