Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda
hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə
bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış
aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair
saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri
tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların
prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları
saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan.
Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs
sudan quru çıxmağı bacarıb. Amma cumhuriyyet.az olaraq indi təqdim
edəcəyimiz olayın sonu ya İ.Axundovun həbsi ilə bitməli, ya da bu
oliqarx Azərbaycanda qanundan və prezidentdən üstün olduğunu
göstərməlidir.
“Mur-Ay” MMC aldatdı, “Şərur” MTK öhdəsinə götürdü
2011-ci
ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və
qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü
miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs
edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu
problemdən doğan gərginlik Azərbaycan Prezidentimiz İlham Əliyev
cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün
aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə
müvafiq göstəriş vermişdir.
17 dövlət qurumu və İsfəndiyar Axundov imza atıb “kişi kimi” söz verdi, amma…
Cənab
Prezidentin göstərişi əsasında 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər
İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin
“Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə
imzalamışlar. Həmin müqavilədə “Şərur” MTK adından imza atan İsfəndiyar
Axundov 15 bəndlik öhdəlik götürmüşdür ki, bu öhdəliklərə görə “Şərur”
MTK
–
Obyektininşasının təsdiq olunmuş layihə sənədləri üzrə, texnoloji və
normativ ardıcıllıqla aparılmasını, tikintidə keyfiyyətli inşaat
materiallarınndan istifadə olunmasını və bütövlükdə tikinti işlərinin
yüksək keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsini təmin edərək,
direktiv müddətdə-yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul
vəsaiti ayrıldıqdan sonra 24 ay müddətinə başa çatdırılmasını;
–
Mənzillərin “MUR-AY” MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş
mənzil alıcıları tərəfindən məskunlaşması üçün şəraitin yaradılmasını;
– “MUR-AY” MMC-nin payçılarına veriləcək mənzillərin bir kvadratmetrinin qiymətinin 400 manatdan artıq dəyərləndirilməyəcəyini;
–
“MUR-AY” MMC-nin payçılarının mənzillə təmin edilməsini və bununla
bağlı müqavilə iştirakçılarına müvafiq məlumatların verilməsini;
–
“MUR-AY” MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına(belə hal
olduqda), ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri
mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını
öz
üzərinə götürmüşdür. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun
olaraq üzərlərinə düşən bütün digər yardımları etmişlər. “Mur-Ay”
MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə
olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və 10 milyon manat
maliyə yardımı ayırmışdır. “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov
şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC
zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin
etməli idi. Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin
müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də,
zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmələr qərar çıxarır, İsfəndiyar Axundov saymır…
Əslində
bu kimi halda dövlət özü İsfəndiyar Axundovdan üzərinə götürdüyü
öhdəliyi icra etməsini tələb etməliydi. Çünki ortada dövlət başçısının
göstərişi, 17 dövlət qurumunun bir şirkətə güzəştləri və nəhayət
hüquqları pozulmuş onlarla vətəndaşın haqqı var idi. Amma “odda yanmaz,
suda batmaz” odioza çevrilən İ.Axundov bütün qanunlara məhəl qoymayaraq
“toxunulmazlıq” statusunu qoruya bilir. 2018-ci ilin mart-dekabr ayları
müddətində zərərçəkmişlər öz haqlarını məhkəmə yolu ilə bərpa etməyə
çalışır və beləliklə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali
Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Bu qərarlarda “Şərur”
MTK-nın zərərçəkənləri mənzillə təmin etməyə borclu qoduğu konkret və
adbad göstərilmişdir.
“Şərur” MTK-nın boynunda qalan mənzil sahələri: AUDİT FAKTI
Məhkəmə
qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən
“Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il
tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli
əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır.Həmin Aktda gəlinən nəticəni
cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Mülki işin
materiallarında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş cədvəldə və
“Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilmiş müqavilələr
arasında qeyd olunan iddiaçılara yaşayış və qeyri-yaşayış sahələrinin
verilməsi aşkar edilmədi. Beləliklə müəyyən edilir ki, iddiaçılara
ümumilikdə 1233,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri-yaşayış
sahəsi “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilməmişdir“. Buna
baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu
“məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir.
Dövlət bir oliqarx qarşısında gücsüz qalıb, yoxsa Fikrət Məmmədov İsfəndiyar Axundovdan çəkinir?
Məhkəmə
qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il
sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin
Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin
böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun
imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya
təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin.
İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
–
icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı
siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”. Qərarın
çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə
Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu
ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal
həbsə atılır.
Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikdi…
Öz
təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla
görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış
Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani
11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və
etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı
verdi – “mən onları ərəblərə satmışam”. İllər uzunu minbir əziyyətlə,
dişi-dırnağıyla topladığı vəsaiti ödəyib, ailələri üçün mənzil almaq
arzusunda olmuş Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz
məhrumiyyətlərə məhkum etmiş və hazırda qapısından əliboş qaytaran
İsfəndiyar Axundov, onlara çatası əmlakları ərəblərə satdığını elə
rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham
Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti
zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi
üçün təyin etmişdir.
Növbəti stansiya Konstitusiya Məhkəməsi: qapılar bağlanacaqmı?
Cəzasızlıqdan
əmin olan İsfəndiyar Axundov o qədər irəli gedibdir ki, bizim işimizlə
bağlı törətdiyi mənzil dələduzluğuna Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsini daxil edərək bu məhkəmənin əli ilə dələduz
əməllərinə hüquqi don geydirmək istəyinə düşmüşdür. İki ay əvvəl Bakı
Appelasiya Məhkəməsinə, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenimuna müraciət edərək hər ikisindən rədd cavabı almış “Şərur”
MTK-nın sahibi İsfəndiyar Axundov bütün gücü ilə yeni qaranlıq yollar
arayışındadır…
Həmçinin oxuyun
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI
Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …