Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zəngəzurun Azərbaycana qaytarılmasına dair konfrans keçirilib FOTOLAR

Zəngəzurun Azərbaycana qaytarılmasına dair konfrans keçirilib FOTOLAR

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçirilib.Azinforum.az-ın məlumatına görə, konfransda çıxış edən BDM-in sədri  İsmayıl Ağayev bildirib ki, Zəngəzur tarixi Azərbaycan torpağı olub. 1920-ci ildə Zəngəzurun  Ermənistana verilməsi barədə qəbul edilən qərardan bəhs edən İ.Ağayev deyib ki, bu ərazinin Azərbaycana qaytarılması üçün bütün müstəvilərdə ciddi iş aparılmalıdır.
Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli vurğulayıb ki, Zəngəzurun sovet Ermənistanına verilməsi Azərbaycana qarşı təxribat idi və bu, şimali Azərbaycanın növbəti dəfə parçalanmasına, Naxçıvanın təcrid vəziyyətinə düşməsinə səbəb oldu.
Qarabağ Azadlıq Təşkilatının(QAT) rəhbəri Akif Nağı isə bildirib ki, Zəngəzurun Azərbaycana qaytarılması üçün tam hüquqi baza var. Onun sözlərinə görə, Nəriman Nərimanovun Kommunist partiyası adından verdiyi qərar hüquqi sənəd deyildir: “Bununla bağlı nə parlamentin, nə Mərkəzi İcraiyyə Komitəsinin qərarı yoxdur. Paris Sülh konfransı Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı, biz həmin dövrdə ı mövcud sərhədlərimizin bərpa olunması uğrunda mübarizə aparmalıyıq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın