Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Yumurta işi” – DİN türk iş adamının hədələnməsini araşdırmağa başladı

“Yumurta işi” – DİN türk iş adamının hədələnməsini araşdırmağa başladı

Türkiyədə toyuq, yumurta istehsalı ilə məşğul olan “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin rəhbəri Ömür Oral və onun türkiyəli vəkilinin Azərbyacanda hədələnməsi araşdırılmağa başlayıb.

Bu haqda Ömür Oralın nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkədəki hesabında status paylaşıb.

Həmin statusu təqdim edirik:
“Son dəfə Ömür Oral və onun vəkili Volkan bəy Bakıya gələn zaman, artıq özünü Azərbaycanda mafiya babası saymış, Mürvət Həsənlinin təhdidləri barədə 2 gün bundan əvvəl Facebook səhifəmdə yazı paylaşdım. Bu hadisədən sonra, artıq özümdə Azərbaycanın mafiya qaydası ilə idarə olunduğuna inanmağa başladığımı yazmışdım. Dünən bu barədə birinci dəfə daxili işlər naziri Ramil Usubova müraciət etdim. ArtıqbugünBakıŞəhərBaşPolisİdarəsininrəhbərlərinazir RamilUsubovungöstərişiiləmənidəvətedibaraşdırmaapardıqlarınıbildirdilər. Söhbət zamanı kifayət qədər iş görüldüyünün də şahidi oldum. Hələlik bir nəticə olmasa da, müraciətimdən az sonra, araşdırma aparılması barədə göstəriş verdiyinə görə DİN rəhbərliyinə təşəkkür edirəm. Mənim üçün bu addım DİN, digər vəzifəlilərdən fərqli olaraq dövlətçiliyə münasibətinin bir nümunəsidir”.

Qeyd edək ki, işin qısa məğzi ondan ibarətdir ki, “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib. Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb.

musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın