Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Vurulmuş” oliqarxların zühuru: Mübariz Mənsimov, Anar Məmmədov, Əli İnsanov…

“Vurulmuş” oliqarxların zühuru: Mübariz Mənsimov, Anar Məmmədov, Əli İnsanov…

Sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə kiminsə “qəhrəman” statusu alması çox asanlaşıb. Xüsusən də əgər bu biznes sahibidirsə hər hansı məsələ ilə bağlı populist çıxışlarla dövlət xadimlərini tənqid edərək öz əməllərini təmizə çıxarmaq cəhdi ilə bunu edir.

İnternetin Azərbaycan seqmentində son dövrlər üzə çıxan “yaxşı oğlan”lardan biri də Türkiyədə oturub Azərbaycanda hər kəsin “dadına çatan” Mübariz Mənsimovdur.
Hər kəs bilir ki, bizim cəmiyyət xeyriyyəçilik edən adamlardan kəm deyil. Müxtəlif vaxtlarda ağır xəstəliyi olan, çıxılmaza düşən həmvətənlərimizə gözlənilmədən kömək əli uzadılıb. Əsas məsələ odur ki, həmin şəxslər özünü gizlin saxlayıb, heç bir halda adının hallanmasına razı olmayıb. Xeyirxahlığın da mahiyyəti elə bundan ibarətdir. Bəs, öz etdiyi yaxşılıqları sosial şəbəkələrdə ödənişli əsasda reklam etdirən, saytlara pul verərək etdiyi yardımını gözə soxan Mübariz Mənsimovun xeyirxahlığının əsl mahiyyəti nədən ibarətdir? Mətbuatı diqqətlə izləyən adam görə bilər ki, bu sualın cavabı çox sadədir – həcmi milyonlarla dollarla ölçülən maxinasiyalarla bağlı xəbərləri belə jestlərlə ört-basdır etməkdir.
Müəyyən ortaqlıq işlərində partnyorlarına küllü miqdarda “atan” Mənsimov daima özünü gündəmdə saxlamaq üçün xeyriyyəçilik donuna girir. 
Görünən odur ki, Azərbaycanda “vurulmuş”, xalqın milyonlarını mənimsədiyi məlum olan adamların çox keçmir ki Mənsimovla dostluq əlaqələri üzə çıxır.  

Bu fotodan göründüyü kimi Mənsimov Azərbaycanda uzun illər əli rüşvət çirkabına bulaşmış Ziya Məmmədovun oğlu Anar Məmmədovla iş ortaqlığını qeyd edir. 
Maraqlıdır, Ziya Məmmədov nazir olan dönəmdə niyə Anarla Mübarizin dostluğu gözə çarpmırdı? Belə görünür ki, çirkli pulları yumaqda mahir olan Mənsimov Anar Məmmədova da öz tövsiyyələrini aşılayacaq. Əsas olan isə odur ki, bütün bunların hamısına “xeyirxahlıq” donu geyindirmək üzrə tayı bərabəri yoxdur.
Xatırladaq ki, Mənsimovun ləğv olunmuş MTN-in şefi Eldar Mahmudovun qruplaşması ilə dostluğu və müttəfiqliyi də xatirələrdən silinməyib. Ölkə mətbuatında yazılanlara görə, bu iki oliqarxın qarşılıqlı simpatiyası o qədər güclü və sərhədsiz idi ki, bir vaxtlar onlar maliyyələrini və siyasi resurslarını vahid klanda birləşdirmək qərarı vermişdilər. 
Rusiyada 43 milyon dollarlıq büdcə maxinasiyasında üz tutduğu adamlardan birincisi iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasov olmuşdu.
Belə gedişlə, əfv olunaraq həbsxanadan çıxan kimi inqilabçı qiyafəsi geyən Əli İnsanov da Mübariz Mənsimovun yaxın ətrafına qoşulacaq. Axı, Mənsimovun özü də xəyanətin çirkabında bulaşdığı üçün Azərbaycan dövlətinə xəyanət edən hər bir kəslə dostluğa hazırdır.
Qaynarinfo.Az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …