Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Polis rəisinin oğlu dünya çempionatında medal qazandı

Polis rəisinin oğlu dünya çempionatında medal qazandı

İspaniyanın Qvadelaxara şəhərində Kempo üzrə XVI Dünya çempionatı keçirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) verilən xəbərə görə, 67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub.
Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında DYPİ-nin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov 95 kg çəki dərəcəsində ikinci yer qazanıb. İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla vətənə qayıdıblar.
Qeyd edək ki, V. Qələndərov Nəsimi DYP-nin rəisi Qəhrəman Qələndərovun oğludur

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …