Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Türkiyədə “İyi” Partiya quruldu

Türkiyədə “İyi” Partiya quruldu

Türkiyədə yeni partiya qurulur. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Meral Akşenerin yaradacağı partiyanın adı “İyi parti” olacaq. Məlumata görə, partiyanın şüarı isə “Türkiyə yaxşı olacaq”dır.

Qeyd edilir ki, Meral Akşener artıq partiya ərizəsini Daxili İşlər Nazirliyinə verib.

Yeni partiyada bir neçə millət vəkilinin, keçmiş nazirlərin təmsil olunacağı gözlənilir.

Xatırladaq ki, Meral Akşener özü də vaxtilə Türkiyədə Daxili işlər naziri vəzifəsini tutub.

Aysel Kərimova

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …