Ana səhifə / Dünya / Kiyevdə bakılı sərnişinləri çılpaq qadın qarşıladı – “Buta Airways”ə etiraz

Kiyevdə bakılı sərnişinləri çılpaq qadın qarşıladı – “Buta Airways”ə etiraz

Kiyev aeroportunda Femen fəalı gözləmə zalında sərnişinlərin qarşısına yarıçılpaq halda çıxaraq Ukraynaya seks-turlarına etirazını bildirib.

“Qafqazinfo” xəbər verir ki, qadın Bakı reysi ilə gələn sərnişinləri əlində “Tofiq” və “Zakir” plakatları ilə qarşılayıb.

Femen-in saytında bildirilib ki, aksiya Azərbaycan hava yollarının Kiyevə seks-turlara təşviq edən video çarxına cavab idi .

Qeyd edək ki, video çarxın süjetində qəhrəman qoz-fındıq alaraq Kiyev reysinə minir. Daha sonra Ukraynanın paytaxtında yerli qızlar “Zakir və “Tofiq” yazılan plakatlarla Bakıdan gələn sərnişinləri gözləyirlər.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …