Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Türkiyədə deputatlığa namizəd azərbaycanlılar: “Onlar seçilmək istəyirlərsə, namizəd olduqları bölgələrdə…”

Türkiyədə deputatlığa namizəd azərbaycanlılar: “Onlar seçilmək istəyirlərsə, namizəd olduqları bölgələrdə…”

“Onlar seçilmək istəyirlərsə, namizəd olduqları bölgələrdə seçicilərlə aktiv iş aparmalıdırlar”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərinə qatılan Azərbaycan əsilli iddialılara ölkəmizdən mənəvi dəstək verilməsinin uyğunluğunu dəyərləndirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, Türkiyə seçkilərinə Azərbaycandan hətta ən xoş məramlı müdaxilə belə doğru olmazdı:

“Demokratik cəmiyyətin qurulduğu Türkiyədə insanların özlərini ifadə etmələri üçün hər bir şərait mövcuddur. O baxımdan, demokratik seçki təcrübəsinə malik olan Türkiyədə kampaniyaya kənardan, həmçinin Azərbaycandan ən xoş məramlı müdaxiləyə belə ehtiyac yoxdur. Digər tərəfdən, bununla qardaşlarımız və özümüz arasında ayrı-seçkiliyə yol vermiş olarıq.

Türkiyə parlamentinin indiki tərkibində Azərbaycan əsilli millət vəkili Şamil Ayrım da fəaliyyət göstərir. O həm də Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəridir və çox səmərəli işlər görür. Bildiyim qədər, Şamil bəy bu seçkilərdə də namizədliyini irəli sürüb.

Açığı, Türkiyədə parlament seçkilərinə Şamil Ayrımdan başqa daha hansı Azərbaycan əsilli siyasətçilərin qatıldığını bilmirəm. Amma onlar seçilmək istəyirlərsə, namizəd olduqları bölgələrdə seçicilərlə aktiv iş aparmalı, onların rəğbətini qazanmalıdırlar. Yəni nəticə onların seçki fəaliyyətindən asılı olacaq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …