Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Tağım komandirinin 150 minlik maşını və 20 minlik nömrəsi (FOTOLAR)

Tağım komandirinin 150 minlik maşını və 20 minlik nömrəsi (FOTOLAR)

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri Aydın (soyadını dəqiqləşdirmək mümkün olmayıb) adlı polis əməkdaşının istifadə etdiyi avtomobilin fotoları yayılıb.

Tağım komandiri DYP tərəfindən onun üçün ayrılan xidməti avtomobildən yox, 150 min manat dəyəri olan “Lexus” markalı şəxsi maşınından istifadə edir.

Tağım komandirinin maşınının dövlət nömrə nişanı isə 10 YY 300-dür. Sayt yazır ki, bu nömrənin qiyməti 20 min manatdır. Bəs Aydın adlı polis əməkdaşı 150 min manat dəyərində maşını və 20 min manatlıq nömrəni dövlətin ona verdiyi 600-700 manatlıq aylıq maaşla necə alıb?

Məlumata görə, Aydın əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, bir müddət əvvəl təqaüdə göndərilən Həsən Şirinovun köməkçisi olub.(veteninfo)

Tağım komandirinin 150 minlik maşını və

Tağım komandirinin 150 minlik maşını və

Tağım komandirinin 150 minlik maşını və

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın