Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Təhsil naziri yeni rektoru narazı tələbələrə təqdim etdi

Təhsil naziri yeni rektoru narazı tələbələrə təqdim etdi

Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla ali məktəbin kollektivinə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

M.Cabbarov K.Abdullanın 14 il Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığını, bu rektorluq təcrübəsinin ADU-ya faydalı olacağını deyib.

Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu təyinata qədər Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-dən ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilmişdi.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl universitetdə dövlət imtahanının tətbiqi ilə bağlı Əfqan Abdullayevin qərarına qarşı etiraz aksiyaları keçirilmişdi.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın