Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Mənim elə qardaşım oğlu yoxdur” – Kəbirə Məmmədova

“Mənim elə qardaşım oğlu yoxdur” – Kəbirə Məmmədova

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub.

“ Azinforum.az ” xəbər verir ki, Kəbirə Məmmədova unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır: “O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun”.

Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” avtomobilini vurub. Hadisə zamanı polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallı dünyasını dəyişib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın