Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / “Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm”

“Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm”

Hörmətli Prezident, Cənab Ali Baş Komandan Qarabağ uğrunda gedən müharibənin taleyini həll edən Şuşa zəfəri münasibəti ilə Sizi və qəhrəman əsgərlərimizi təbrik edirəm.

Bu qələbə sadəcə müharibənin taleyini həll edən savaş uğuru deyil. Bu qələbə həm də Millətin qürurunu özünə qaytaran uğurdur. Bu qələbə 1992-ci ildə “Şuşanın dağlarında toy” edən düşmənə toy tutulmasıdır. Bu qələbə tək işğalçıya deyil, həm də onun havadarlarına verilən dərsdir.

Bu qələbə müharibəni tamamlayacaq kapitulyasiya aktına düşmənin boyun əyməsinə aparacaq yolu açan Əsgərimizin imzasıdır. Şəhidlərimizin və Qazilərimizin qanı ilə qoyulacaq bu İmza Azərbaycana və bütün Qafqaza sülh gətirəcək.

İşğalçını sülhə məcburetmə əməliyyatını həyata keçirən və gələcəkdə bu sülhün təminatçısı olacaq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Sizi bu günkü bayram münasibəti ilə təbrik edir və üzərinizə düşən ağır, lakin xoşbəxt bir missiyanın – Qalib Ordunun və Qalib Millətin Rəhbəri vəzifəsinin həyata keçirilməsində uğurlar arzulayıram. Xalqımız həm Qələbəyə, həm də sabit və firavan həyata layiqdir.

Hörmətlə, Etibar Məmmədov

Azərbaycan Milli İstiqlal Partiyasının Fəxri Lideri

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …