Ana səhifə / Manşet / Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək…”

Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək…”

AXCP sədri Əli Kərimli Şuşanın erməni işğalından azad edilməsini böyük qələbə kimi qiymətləndirib.

O, bu münasibətlə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib.

“İlham Əliyev xalqımıza güvənərək sona qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu böyük bir qələbədir. Bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan olan İlham Əliyevi də təbrik edirəm. Heç şübhəsiz ki, bu qələbənin sahibləri, bu qələbəni bizə bəxş edən canını, qanını, gözünü qırpmadan bu millətə qurban verən qəhrəman əsgər və zabitlərimizdir”, – deyə Əli Kərimli bildirib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …