Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sabiq nazirin oğlu: “Həbs edilməmişəm, ailəmlə birgə evdəyəm”

Sabiq nazirin oğlu: “Həbs edilməmişəm, ailəmlə birgə evdəyəm”

Bir sıra kütləvi informasiya vasitələri dünən axşam Vüqar Ələkbərovun həbs edilməsinə dair sensasion informasiya yaymışdılar.

Həmin xəbərlərdə deyilirdi ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, “İmprotex” şirkətlər qrupunun sahibi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov “Bandotdel” əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. Səbəb isə “İmprotex” şirkətinin oliqarxların müflis etdiyi Azərbaycan Beynəlxalq Bankına olan borcudur.

Virtualaz.org saytı bu xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib.

V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirdi ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” – deyə V.Ələkbərov bildirdi.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın