Ana səhifə / İqtisadiyyat / “Müharibəyə hazır olun!” – Prezident

“Müharibəyə hazır olun!” – Prezident

Şimali Koreya prezidenti Kim Çen In ötən gün Cənubi Koreya ilə baş verən atışmadan sonra ordunun tam döyüş vəziyyətinə gətirilməsi haqqında əmir verib.

 Azinforum.az ” ans press-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi radiosu xəbər yayıb. Ötən gün Cənubi Koreya höküməti Şimali Koreya ilə sərhəd zonasında yaşayan vətəndaşlarının təxliyyəsinə başlayıb.

Rəsmi Seul iddia edir ki, Şimali Koreya hərbçiləri onların sərhəddə yerləşdirilən səsgücləndiricisini raket hücümuna məruz qoyublar. Bu avadanlıq vasitəsi ilə Seul qonşu ölkənin sakinlərinə onların vətənində hökm sürən rejimlə bağlı tənqidi şüarlar yayımlayır.

Buna cavab olaraq Cənubi Koreya 155 millimetr çaplı toplardan atəş açıb. Hadisədən sonra Şimali Koreya bəyanedib ki, əgər səsgücləndirici avadanlıqlar 48 saat ərazində uzaqlaşdırılmazsa orduya Cənubi Koreyaya qarşı döyüş əmri veriləcək.

Sərhəd ərazisində səsgücləndirici avadanlıqlar quraşdırmaq qərarını Seul iki hərbçisinin Şimali Koreya tərəfindən neytral zonada yerləşdirilən minada partlamasından sonra verib.

Cənubi və Şimali Koreya hələdə müharibə şəraitindədirlər. 1950-1953-cü illərdəki silahlı münaqişəsindən sonra iki ölkə arasında imzalanan sənəd tam sülh razılaşması deyil, barışıq məqsədi daşıyırdı. Cənubi və Şimali Koreya sərhədlərində tərəflərin mütəmadi olaraq bir birinə atəş açması artıq adi hal alıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın