Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sabiq icra başçısına nazir müavinliyi verilib? – Rəsmi AÇIQLAMA

Sabiq icra başçısına nazir müavinliyi verilib? – Rəsmi AÇIQLAMA

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Göyçay rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Ağayev daha yüksək posta təyinat alıb. Məlumatlara görə, Mübariz Ağayev prezidentin digər sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini təyin edilib.
Məsələ ilə bağlı Kənd Təsərürfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mutuzəli Hacıyev Modern.az saytına məlumatın doğru olmadığını bildirib:
“Deyilənlər həqiqətə uyğun deyil. Kənd Təsərrüfatı Nazirliyində nazirə yeni müavin təyin olunması barədə rəsmi məlumat yoxdur”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın