Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / ​ANS MTRŞ-nın təqdim etdiyi müqaviləni imzalayıb

​ANS MTRŞ-nın təqdim etdiyi müqaviləni imzalayıb

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) maliyyə yardımı göstərilməsi ilə bağlı təqdim etdiyi müqaviləni imzalayıb.

Bu barədə “Report”a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

T.Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən 333 333 manat maliyyə vəsaiti ANS televiziyasının hesabına köçürülüb.

Bundan əvvəl isə beş telekanal – ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV müqaviləni imzalayıb və onların da hər birinin hesabına vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. MTRŞ bu vəsaiti 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bölüb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın