Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Şəhidlər Xiyabanında “Hər ay bir gün” aksiyası

Şəhidlər Xiyabanında “Hər ay bir gün” aksiyası

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçiriblər.

Lent.az-ın məlumatına görə, birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, bu aksiya davamlı olaraq “Yeni Üfüq”ün gəncləri tərəfindən reallaşdırılır: “Gənclər bu aksiyanı təkcə Şəhidlər Xiyabanında keçirməklə kifayətlənmir. Onlar “Hər ay bir gün” adlı aksiya çərçivəsində ayda bir dəfə qəhrəman şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini və lövhələrin ətrafını təmizləyirlər. Gənclərimiz milli qürurumuz olan qəhrəman şəhid övladlarına münasibətdə biganə olmadıqlarını nümayiş etdirirlər”.

S.Əzimbəylinin sözlərinə görə, bu kampaniyanın əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın