Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Razi Nurullayev: “İlqar Məmmədov ziddiyyətli danışır”

Razi Nurullayev: “İlqar Məmmədov ziddiyyətli danışır”

Bir neçə gün əvvəl Respublikaçı Alternativ (REAL) partiyasının sədri İlqar Məmmədov daha bir qalmaqallı açıqlama verərək icra hakimiyyəti başçılarının tutulduğu bölgələrdə Milli Məclis deputatlarını könüllü istefaya çağırıb. İ.Məmmədovun qəribə açıqlaması digər müxalif siyasətçi, İmişli rayonundan seçilənn deputat Razi Nurullayevin çaşqınlığına səbəb oldu. Müxalif siyasətçi İlqar Məmmədovu elementar məntiqin olmamasına görə tənqid edib. 

“İlqar Məmmədovun məntiqsiz düşüncələri və təklifləri absurd nöqtəyə çatır. Düzü, İlqar Məmmədovun fikri məni çox təəccübləndirdi. Həbsdən çıxdıqdan sonra İ.Məmmədov yalnız ziddiyyətli açıqlamalar verir. Və son təklifi tamamilə məntiqsiz, mənasız idi və yeganə hədəfi – millət vəkillərinə daş atmaq məqsədi güdürdü. Onun mənasız və məntiqsiz düşüncələrinə ümumiyyətlə cavab verməyə dəyər olub olmadığını bilmirəm.

Axı, İcra Hakimiyyətinin başçısı deputat tərəfindən təyin olunmur,  deputat qarşısında cavabdeh deyil. Bir sözlə, millət vəkili müəyyən bir bölgənin əhalisi tərəfindən seçilir. Sonra ortaya çıxır ki, kimsə bir cinayət törədərsə, deputat bunun üçün məsuliyyət daşıyacaq və istefa etməli olacaq. İlqar Məmmədova bu sualı verək: millət vəkili olsaydı, belə bir hadisədən sonra istefa verərdimi? Təbii ki, xeyr.

İlqar Məmmədovun son vaxtlar xalqa, millətə qarşı yönəlmiş təkliflər irəli sürməsi maraqlıdır. Mənə elə gəlir ki, ya qəsdən edir, ya da özünü millətin gözündə ləkələmək istəyir. Bu günə qədər qeyri-standart ifadələrinə görə rüsvay olub. Bunun əvəzinə partiyasının inkişafına başlasa daha yaxşı olar”, – Nurullayev qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …