Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Göyçə – itirilmiş Vətən” adlı sənədli film hazırlandı — VİDEO

“Göyçə – itirilmiş Vətən” adlı sənədli film hazırlandı — VİDEO

Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

“Göyçə – itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır.

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır. 

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

https://www.youtube.com/watch?v=PBhvyUjORLU

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …