Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Rayon maşınları iyulun 1-dən sonra Baıya buraxılacaqmı?

Rayon maşınları iyulun 1-dən sonra Baıya buraxılacaqmı?

İyul ayının 1-dən sonra da rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmayacağı, o cümlədən marketlərə ərzaq daşıyan yük maşınlarının yenə də gecə saatlarında hərəkət edəcəyi barədə məlumat yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün BDYPİ ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb.

K.Əliyev bildirib ki, geniş ictimaiyyət paytaxtda nəqliyyatın sıxılığını aradan qaldırmaq üçün rayon qeydiyyatında olan maşınların yenidən Bakıya buraxılmaması üçün polisə müraciət edir: “Əgər hökumət bununla bağlı hər hansı qərar qəbul edərsə, müvafiq orqanlar da onu icra edəcək. Amma hələ ki, rəsmi qərar yoxdur. Bununla belə qeyd edim ki, Avropa Oyunlarına görə tətbiq edilmiş bütün məhdudiyyətlər iyul ayının 1-dək qüvvədədir”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın