Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ramil Usubov Müstəba Həmidovu rəis təyin etdi

Ramil Usubov Müstəba Həmidovu rəis təyin etdi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Report” xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı Müştəba Həmidov vəzifəsindən azad edilib.

O, nazirin imzaladığı digər əmrlə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Azinforum.az qeyd edir ki,  yeni təyin olunan rəis  Dovlət Təhlükəsizlik Xidmətində Baş İdarə rəislərindən biri olan general -mayor Nizaməddin Həmidovun qardaşı oğludur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın