Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Radarın 1 ildən sonra ləğv olunacağını gözləyənlərə pis xəbər

Radarın 1 ildən sonra ləğv olunacağını gözləyənlərə pis xəbər

Yol hərəkəti qaydalarını pozanlarla bağlı qaydalar dəyişir; qərar 1 ilə qəbul oluna bilər
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək veriləcək.

Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, bu yeni İnzibati Xətalar Məcəlləsinin layihəsində əksini tapıb.
Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 2 ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yeni İnzibati Xətalar Məcəlləsinə əsasən isə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Eyni zamanda inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verildiyi inzibati xətalar sırasına yol hərəkəti qaydalarının pozulması da daxil edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın