Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Azərbaycan terrorçuları həbs edib dünyaya nümayiş etdirə bilsə…”

Rəsul Quliyev: “Azərbaycan terrorçuları həbs edib dünyaya nümayiş etdirə bilsə…”

“Jurnalistlərin minaya düşməsi terrorçular tərəfindən həyata keçirilib, terroru təşkil edən komanda məlumdur. Terroru təşkil edənləri Ermənistanın içərisində hakimiyyəti ələ keçirmək üçün istənilən cinayəti törədə biləcək şəxslərin arasında axtarmaq lazımdır”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spikeri qeyd edib ki, Ermənistanda prezident kürsüsünü ələ keçirən kimi Azərbaycanın işğal altında olan kənd və şəhərlərini viran qoyan Köçəryanın intiqamçı xarakteri son illər daha da güclənib: 

“Azərbaycanlılara qarşı terror aktları seçkilərə qədər daha da güclənə bilər. O, Azərbaycanın əks hücuma keçib bir neçə kəndi tutacağına ümid edir. Nəticədə həm Rusiyanı məsələyə qatmaq, həm də daxildə silahlı çaxnaşma salmaqla hakimiyyəti ələ keçirmək, müvəqqəti hökumət yaratmaq və seçkiləri 2-3 ildən sonra keçirmək qərarını qəbul etdirmək istəyir. 

Azərbaycan öz ərazisində terrora qarşı nəzarəti gücləndirməlidir. Azərbaycan terrorçuları həbs edib dünyaya nümayiş etdirə bilsə, çox effektli olar. Paşinyan öz ölkəsinin daxilində terrorçuları və onu təşkil edənləri zərərsizləşdirməzsə, vəziyyəti ağır olacaq, 20 iyun seçkiləri baş tutmaya bilər”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …