Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda kişi keçmiş arvadının ərini bıçaqladı

Azərbaycanda kişi keçmiş arvadının ərini bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və onun həmyerlisi 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Bu zaman V.Hüseynov bıçağa əl ataraq V.Həsənova üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Hadisəni törədən şəxs isə saxlanılıb.

Vasif Həsənovun Vüsal Hüseynovun keçmiş həyat aryoldaşının əri olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Report

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …