Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Qazın bahalaşmağı yaxşı oldu, qədrini bilərik” – Elza Seyidcahan

“Qazın bahalaşmağı yaxşı oldu, qədrini bilərik” – Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan ilk dəfə nəvəsi Səmərruxla canlı efirə çıxıb. Lent.az-a müsahibə verən bəstəkar-müğənni bir çox məqamlardan söhbət açıb: “Əslində bu gün bura nəvəmlə yox, tək gəlməli idim. Amma qismət elə gətirdi ki, bu gün müsahibəyə nəvəmlə gəldim. Dünən yox, o biri gün nəvəmin 2 ayı tamam oldu. İstəmirəm nəvəmi yorum. Amma Səmərrux Elza Seyidcahanın nəvəsi olduğuna görə işə düşüb. Gələcəkdə nəvəmin mənim yolumu davam etdirməsini istəyərdim. Niyə də yox?! Şərəfli yoldur. Hələ ki, nəvəmə şeir yazmamışam. Amma oğlum olanda bir mahnı yazmışdım. Qızımın da oxuması üçün “Kukla” və “Pişik” mahnısı bəstələmişdim. Bilmək olmaz, bəlkə də nəvəm üçün də bir şeir yazdım”.

"Qazın bahalaşmağı yaxşı oldu, qədrini bilərik"

E.Seyidcahan yazdığı şeirlərin müzakirə olunmasına da münasibət bildirib: “İnsanlar şeirlərimi anlayırlar ki, müzakirəyə də səbəb olur. Anlamasalar, müzakirə etməzlər. Ən sonuncu yazdığım “Get işinlə məşğul ol” şeirim bir çox saytlarda mexaniki səhvlərlə dərc olunur. Amma yeni təqdim edəcəyim kitabımda bütün şeirlərimin düz, dəqiq variantı dərc olunacaq. Görürəm ki, insanlar narahatdır, özləri gördüyü kimi şeirimi anlamaq istəyirlər. Yəni şeirlərimi bəzi insanların anladığı, gördüyü pis anlamda yazmamışam. Şükür Allaha, mən ağıllı insanam, pisi yaxşıdan ayıra bilirəm. Təkəbbürlü deyiləm, özümə tənqidi yanaşıram. Bilirəm ki, yazdığım şeirlərdə anlam var, boş-boşuna yazmıram”.

Əməkdar artist qeyri-adi layihələrindən də söz açıb. O bildirib ki, metroda konsert verəcək: “Musiqi elə bir mövhumdur ki, metroda, suda, göydə, yerdə də ona ehtiyac var. Bəzi müğənnilərin konsertinin adı dəyişir, amma məzmunu dəyişmir. Mən də isə hər zaman fərqli layihələr, konsertlər olur”.

İfaçı illərdir klip çəkdirməməyinin səbəbini də açıqlayıb: “İllərdir klip çəkdirmirəm. Bu da səbəbsiz deyil. Telekanallarımız kliplərimizi yayımlamır. Buna görə mən də həvəsdən düşdüm”.

E.Seyidcahan Tarif Şurasının qazın qiymətlərini dəyişdirməsi ilə bağlı da danışıb: “Qazın bahalaşmağı yaxşı oldu. Yaxşı olacaq, onsuz da hamımız qazı boş-boşuna yandırırdıq. Bahalaşsın ki, qazın qədrin bilək. Elə ölkələr var ki, orada qaz yoxdu. Qazı xaricdən gətirirlər. Amma bizdə qaz var, bütün günü boş-boşuna istifadə edirlər. Elə ki kart qoyursan, qazın da qədrini bilirlər, suyun da. Qorxmasınlar. Bu, bir şeir oldu”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın