Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Qalmaqala səbəb olan kitabın müəllifi “Azinforum”un yazısına reaksiya verdi: “… cümləsinə etiraz edirəm”

Qalmaqala səbəb olan kitabın müəllifi “Azinforum”un yazısına reaksiya verdi: “… cümləsinə etiraz edirəm”

Jurnalist Nazir Əhmədlinin müəllifi olduğu və yenicə işıq üzü görən “Haqq-nahaqq seçilər Haqq divanında” adlı kitabın dərcindən sonra, onun ətrafında yaranan qalmaqalla bağlı Azinforum.az-ın təqdim etdiyi yazıya müəllifin özündən reaksiya gəlib. Qeyd edək ki, həmin yazıda biz sabiq dövlət müşaviri Qabil Hüseynli ilə kitab müəllifi arasında yaranmış mübahisədən bəhs edərək, hər iki tərəfin mövqeyinə obyektiv şəkildə yer verməyə çalışmışıq. Nazir Əhmədli obyektiv mövqeyimizə görə bizə təşəkkür etməklə yanaşı, bəzi fikirlərinin də saytımızda dərc edilməsini xahiş edib. Azinforum.az həmin fikirləri olduğu kimi dərc edir:

” Hörmətli Məhəmmədəli bəy, (saytın baş redaktoru nəzərdə tutlur- red.) şəxsimə saytınızda ayırdığınız diqqətə görə, Sizə təşəkkür edirəm. Tərəflərin hər ikisinin mövqeyini işıqlandırmağınız da jurnalistikanın prinsiplərinə uyğundur. Amma  məqalə müəllifi Rövşən Əlinin saytınızın adından yazdığı “Azinforum.az bildirir ki, Nazir Əhmədlinin yazdığı məlum statusda bir çox insanlar Qabil Hüseynlinin müdafiəsinə qalxıb, yazılan kitabdakı faktlara iradlar bildiriblər” cümləsinə etiraz edirəm. Araşdırsanız görərsiniz ki,  mənim mövqeyimi müdafiə edənlər müqayisə olunmaz dərəcədə çoxdur. Saytın adından gedən yazıdan isə belə çıxır ki, heç məni müdafiə edən yoxdur və hamı digər şəxsi müdafiə edib. Təklif edirəm iradımı bildrdiyim redaksiya şərhinə düzəliş verəsiniz. Əvvəlcədən təşəkkür edirəm”.

Azinforum.az olaraq bildiririk ki, elmi və ədəbi dairələrdə millət vəkili Nizami Cəfərovun redaktorluğu ilə nəşr edilən kitaba münasibət birmənalı deyil. Bu səbəbdən də, sayt olaraq Azərbaycanın dahi şəxsiyyətləri barədə həqiqətlərin cəmiyyətə  doğru-dürüst çatdırılmasında olan marağımızı gizlətmirik. Hesab edirik ki, belə həqiqətlər yalnız aparılan savadlı və faktlara əsaslanan polemikalar vasitəsilə ortaya çıxa bilər. Bu xüsusda qətiyyən  təhqirlərə, söyüşlərə yol vermək olmaz. Buna görə də, kitab ətrafında aparılacaq müzakirələrdə  bütün tərəflərin fikirlərinə yer verməyə hazır olduğumuzu bəyan edirik. Mövzuya qayıdacayıq…

M. MİRZƏYEV

Azinforum.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın