Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qərbin növbəti riyakar mövqeyi ilə üzləşməli oluruq – Elşad Musayev

Qərbin növbəti riyakar mövqeyi ilə üzləşməli oluruq – Elşad Musayev

Avropa Parlamenti martın 10-da Azərbaycan hökumətini “Dağlıq Qarabağ”da erməni mədəni irsini məhv etməkdə, inkar etməkdə ittiham edən qətnamə qəbul edib.

Bu məkrli, ermənipərəst və ədalətsiz qətnamənin lehinə 635, əleyhinə 2 nəfər səs verib, 42 nəfər isə bitərəf qalıb.

İllərlə yön götürdüyümüz Qərbin, Avropanın, Avropa İttifaqının növbəti ikiüzlü, riyakar və qərəzli mövqeyi ilə üzləşməli oluruq.

Elə bir zamanda ki, həm ədalət Azərbaycanın tərəfindədir, həm də Rusiyanın qaz asılılığında çabalayan Avropanın Ermənistana yox, məhz Azərbaycana, onun enerji resurslarına və enerji xətlərinə ehtiyacı var.Avropanı anladıq. Bəs bizim Avropa ölkələrindəki səfirlərimiz, səfirlik əməkdaşları nə işlə məşğuldurlar?

Təsəvvür edirsiniz, Azərbaycan əleyhinə qətnamənin lehinə 635, əleyhinə isə cəmi 2 nəfər səs verir.

Fikrimcə, Avropadakı Azərbaycan səfirlərini dərhal geri çağrılmalı, vəzifədən qovulmalı, barələrində və səfirliklərdə ciddi yoxlamalar aparılmalıdır.

Azərbaycan Milli Məclisinin ayrı-ayrı ölkələrlə Parlamentlərarası dostluq qrupları və onların rəhbərləri var. Onların fəaliyyətinin nəticəsi nədir?Xarici ölkələr və onların müvafiq qurumları ilə işləyən təşkilatların və rəhbərlərinin gördüyü işlərin səmərəsi nədir?

Belə çıxır ki, 30 il Avropaya gedib-gəlməyimizin, fəaliyyətimizin, səfirliklər və digər qurumlar açmağımızın, yüz milyonlar xərcləməyimizin nəticəsi o olub ki, 635 nəfər əleyhimizə olsa da 2 nəfər lehimizə olub.

Bəs Azərbaycanın Avropada havaya sovrulan yüz milyonlarla vəsaitinə görə kim cavab verəcək? Cəmi 2 nəfərə görə bunları etməyə dəyərdimi?Maraqlı bir məsələ də var. Qərbin, Avropanın müəyyən dairələrinin Azərbaycanda kosmopolit düşüncəli qulbeçələri, əlaltıları və şəbəkəsi var və o şəbəkə üzvlərinin bu məsələdə heç cıqqırları çıxmadı. Lazım olanda LGBT-ni müdafiə edirlər, lazım olanda haqq-ədalətdən, demokratiyadan danışırlar.Artıq hadisə baş verib. Gələcəkdə nə etməliyik?

Biz, Avropa Parlamentinin bu ədalətsiz qərarına etiraz etməklə, həm də Avropanın müəyyən strukturları ilə işləməyi də nəhayət öyrənməliyik…

Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …