Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Qəhrəman hərbçilərimizin şücaəti

Qəhrəman hərbçilərimizin şücaəti

 Azərbaycan xalqı özünün müasir dövlətçilik tarixinin qürurverici dövrünü yaşayır. Dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq. Ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu tarixin ən böyük hadisəsi oldu.

   Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayıb, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına keçir. İki həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasirədə qalır. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-na təsadüf edir. Çox ağır və qanlı döyüşlər iki saat çəkir. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilədən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur. Vəziyyət getdikcə gərginləşirdi. 1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz aylarında ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. İki gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında qalır. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək, daha 5 kilometr irəliləyir. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilanın mühasirəsi başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmur. Xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb.

  Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi əməliyyatlara başlamasına səbəb oldu. əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü.

 Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycan Şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə səlnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadakı bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azırbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. 

 Şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz qazandılar. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı və incisi olan Şuşanın azad edilməsini gözləyirdi. Alı Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Bildiyimiz kimi “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindəndir.

 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

 APA-nın məlumatına görə, Sərəncama əsasən, Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Nağıyev Əfqan Vəli oğlu – general-leytenant

Bağırov Ramin Sabir oğlu – general-mayor

Tağıyev Rəsul Afiq oğlu – general-mayor

Abbasov Klos İslam oğlu – polkovnik

Abbasov Qiyas Abbas oğlu – polkovnik

Abdullayev Oruc Mehralı oğlu – polkovnik

Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik

Ələkbərov Babək Mürsəl oğlu – polkovnik

Əliyev Misir Əziz oğlu – polkovnik

Hüseynov Oktay Ənvər oğlu – polkovnik

İbrahimov Elman Adil oğlu – polkovnik

İsrayılov Raqif İbadulla oğlu – polkovnik

Qurbanov Babək Vahid oğlu – polkovnik

Mehrəliyev Sadiq Nadir oğlu – polkovnik

Məmmədov Samir Adil oğlu – polkovnik

Məmmədov Vaqif Şahbaz oğlu – polkovnik

Məmmədov Vüqar Məmmədhüseyn oğlu – polkovnik

Mirzəliyev Elşad Həsənqulu oğlu – polkovnik

Mirzəyev Nəsib Tahir oğlu – polkovnik

Nəsibov Bayram Nəsib oğlu – polkovnik

Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik

Orucov Etibar Gülabbas oğlu – polkovnik

Osmanov Nazim Əlisman oğlu – polkovnik

Pənahov Elşad İslam oğlu – polkovnik

Rəhimov Rəşad Manaf oğlu – polkovnik

Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik

Abışov Xəyal Elbrus oğlu – polkovnik-leytenant

Ağayev Amil Sədulla oğlu – polkovnik-leytenant

Ağayev Vəlixan Telman oğlu – polkovnik-leytenant

Ələkbərov Ruslan Vahid oğlu – polkovnik-leytenant

Əliyev Amid Adil oğlu – polkovnik-leytenant

Əliyev Xəyal Aşır oğlu – polkovnik-leytenant

Əsədov Ceyhun Rafiq oğlu – polkovnik-leytenant

Əsgərov Əli Yolçu oğlu – polkovnik-leytenant

Fərzəliyev Elxan Sabir oğlu – polkovnik-leytenant

Göyüşov Amil Niftalı oğlu – polkovnik-leytenant

Seyfəlov Yaşar Şıxəli oğlu – polkovnik-leytenant

Səfərov Ramil Yusif oğlu – polkovnik-leytenant

Səlimov Şamxal Nahid oğlu – polkovnik-leytenant

Sultanov Müslüm Əhmədağa oğlu – polkovnik-leytenant

Süleymanlı Zaur Faiz oğlu – polkovnik-leytenant

Abbasov Ceyhun Yaqub oğlu – mayor

Abduləliyev İmran Əbdülrəhman oğlu – mayor

Abdullayev Azər Abazər oğlu – mayor

Bəkirov Mahmud Fərasət oğlu – mayor

Bəşirov Elşad Nüsrət oğlu – mayor

Cəbrayılov Elçin Vahid oğlu – mayor

Çələbiyev Rauf Fəxrəddin oğlu – mayor

Dadaşov Elnur Bəxtiyar oğlu – mayor

Dadaşov Rahid Balağa oğlu – mayor

Əhədov Faiq Fizuli oğlu – mayor

Əliyev Elmir İntizam oğlu – mayor

Əliyev İlkin Nizami oğlu – mayor         

              Nəzrin Sarıyeva:         

Azərbaycan Memarlıq və İnşaat Universiteti

                               

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …