Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb

Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan  hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı -İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa etdi. 

Artıq müharibə bitib.

Dağlıq Qarabağ adlı münaqişə, Dağlıq Qarabağ məfhumu tarixə qovuşub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə bu səhifə çevrilib. Bu səhifənin yenidən geri çevrilməsi üçün göstərilən bütün cəhdlər əbəsdir.İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. 

Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.

Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

Nəsimi Rayonu Gənci: Məmmədova Günay

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …