Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Penitensiar Xidmətin 18 əməkdaşı işdən çıxarılıb – Vəzifədən sui-istifadəyə görə

Penitensiar Xidmətin 18 əməkdaşı işdən çıxarılıb – Vəzifədən sui-istifadəyə görə

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına əsasən, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər nəticəsində pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 18 əməkdaş tutduğu vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.
“Report”un məlumatına görə, bu barədə “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.
İllik məruzədə o da vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 493, keçən il isə 38 məhkum əfv edilib.
Qeyd edək ki, illik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın