Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “O dələduz icra başçısının qudası deyil…” – Açıqlama

“O dələduz icra başçısının qudası deyil…” – Açıqlama

Abşeron İcra Hakimiyyəti dələduzluqda təqsirləndirilən Elşən Kərimovun xanım icra başçısısı ilə qohumluq münasibətlərinə aydınlıq gətirib.

Qafqazinfo“ya daxil olan məlumatda bildirilir ki, sözügedən şəxs Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova ilə hər hansı bir qohumluq əlaqələrinə malik deyil:

“İradə Gülməmmədovanın Elşən Kərimov adında qudası yoxdur”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və icra başçısının qudası olduğu deyilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. O, təxminən 60 min dollarlıq dələduzluqda ittiham olunur.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın