Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi

Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi

Umayra Tağıyeva yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində işə başlayıb.

“ Azinforum.az ” xəbər verir ki, təyinatı ilə bağlı təəssüratını Modern.az-la bölüşən U.Tağıyeva jurnalistlərin dəstəyinə ehtiyacı olduğunu dilə gətirib:

“Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Buna qədər Elmlər Akademiyasında çalışırdım. Həmin dövr mənim üçün səmərəli iş dövrü idi.

3 il ərzində iqlimşünaslıq, iqlimdəyişmələri sahəsində müəyyən tədqiqatlar apardım, məqalələrim bəzi Avropa ölkələrinin, Amerikanın jurnallarında dərc olundu. İndi təklif edilən işi qəbul etdim. Çalışacağam ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlim, mənə göstərilən etimadı doğruldum”.

U.Tağıyeva 3 il əvvəl məhz elmi işlərilə əlaqədar nazirlikdəki işindən ərizəsilə ayrıldığını vurğulayıb.

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …