Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Aygün Bəylərin qardaşına və digərlərinə hökm oxundu – ölüm işindən bəraət aldı

Aygün Bəylərin qardaşına və digərlərinə hökm oxundu – ölüm işindən bəraət aldı

Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Aygün Bəylərin qardaşı Abbas Hümmətov ölüm ittihamı üzrə bəraət alıb və hadisəni bilib-gizlətdiyinə görə 5 il, Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid Alxazov da ölüm ittihamından raət alıb və hadisəni bilib gizlətdiyinə görə 5 il azadlıqdan məhrum edilib.

Təqdirləndirilənlərdən Elnur Əsirova isə bəraət hökmü çıxarılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş narkotik ittihamına bəraət verilib.

Dövlət dövlət ittihamçısı Aygün Bəylərin qardaşı, A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxasovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxasovun isə 14 il.6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.

Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.

Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.

Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …